AFFA-nın yeni Nizamnaməsi qəbul olunub

AFFA-nın yeni Nizamnaməsi qəbul olunub
İdman 366

"Bulvar otel"də AFFA-nın növbədənkənar Konfransı işə başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, iclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxıb, eləcə də digər məsələləri müzakirə ediblər.

Konfransda 35 nümayəndədən 33-ü iştirak edir.

AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Nizamnamədə əlavə və dəyişikliklərin yer aldığı yeni versiya AFFA üzvlərinə 4 gün əvvəl göndərilib.

Təklif olunan əsas müddəalar:

1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi

2. Hüquq tətbiqedici orqan anlayışının daxil edilməsi

3. Müvafiq müddətlərin müəyyənləşməsi

4. AFFA-nın İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması

5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi

6. Prezident və icraçı vitse-prezidentlərin səlahiyyətlərinin müəyyənləşdirilməsi

7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması

8. Digər dəyişikliklər

Daha sonra AFFA İcraiyyə Komitəsinin üzvü, təhsil nazirinin müavini Firudin Qurbanov təkliflərlə bağlı məsələlər qaldırıb və ona fikirlər bildirilib. Yeni Nizamnamə yekdilliklə qəbul olunub.

AFFA prezidenti Rövnəq Abdullayev 10 ildir Nizamnamədə dəyişikliklərin edilmədiyini bildirərək, yeni Nizamnamənin FİFA və UEFA tələblərinə uyğunlaşdırıldığını deyib.

Bununla da Konfrans işini başa vurub.

Daha sonra AFFA İcraiyyə Komitəsinin iclası başlayıb.

Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması barədə qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il dekabrın 13-də keçirilmiş iclasında qəbul olunub.

Oxşar xəbərlər

AFFA “Neftçi” və “Zirə”ni cəzalandırdı

AFFA “Neftçi” və “Zirə”ni cəzalandırdı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsinin iclası keçirilib. AFFA-dan BAKU.WS-ə bildirilib ki, 2019-cu ilin son yığıncağında A...

384 İdman 18:33 25 dekabr 2019

Son xəbərlər