AFFA-dan millimizin baş məşqçisi ilə bağlı AÇIQLAMA
25
yan
2019
19:04
Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam edir.BAKU.WS-in AFFA-ya istinadən verdiyi məlumata görə, ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirilib. Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq.Proseslə bağlı rəsmi məlumatlar operativ və dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq.BAKU.WS
Oxşar xəbərlər
Qurban Qurbanovun istefa verdi - AFFA məsələyə yenidən baxacaq
Milli komandamızın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefası qəbul olunmayıb.BAKU.WS-in məlumatına görə, qol.az-a açıqlaması...