SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstanın paytaxtı Nursultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.

BAKU.WS xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla qarşılaşıb. 

İlk hissədə Əliyev hesabda geri düşsə.də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfi etiraz edərək, Əliyevin 2 xalını sildirib. Nəticədə hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4. 

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf göstərib.
BAKU.WS
QALEREYA