
Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" turnirində III turun bütün görüşləri başa çatlb.
BAKU.WS xəbər verir ki, bu turda Şəhriyar Məmmədyarov Hindistan təmsilçisi Vişvanatan Anandla üz-üzə gəlib. Görüş Məmmədyarovun məğlubiyyəti ilə yekunlaşıb - 0:1.
Son dünya çempionu norveçli Maqnus Karlsen çexiyalı David Navaranı məğlub etməklə turnirin vahid lideri olub.
III turun nəticələri:
Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5
Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) - 0,5:0,5
Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç) - 0:1
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0
Qeyd edək ki, 3 turdan sonra Maqnus Karlsen 2,5 xalla I pillədə qərarlaşıb. Dinq Liren və Sergey Karyakin 2 xalla 2-3-cü, Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 1,5 xalla 4-6-cı yerləri bölüşdürür. 1 xalı olan Alekandr Qrişuk, Aniş Giri, Şəhriyar Məmmədyarov və David Navara isə 6-10-cu yerdədirlər.
BAKU.WS