“ShamkirChess 2019” - Şahmatçılarımız məğlub oldu

02
apr
2019
23:51
Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" turnirində III turun bütün görüşləri başa çatlb.BAKU.WS xəbər verir ki, bu turda Şəhriyar Məmmədyarov Hindistan təmsilçisi Vişvanatan Anandla üz-üzə gəlib. Görüş Məmmədyarovun məğlubiyyəti ilə yekunlaşıb - 0:1.Son dünya çempionu norveçli Maqnus Karlsen çexiyalı David Navaranı məğlub etməklə turnirin vahid lideri olub.III turun nəticələri:Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) - 0,5:0,5Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) - 0,5:0,5David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç) - 0:1Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0Qeyd edək ki, 3 turdan sonra Maqnus Karlsen 2,5 xalla I pillədə qərarlaşıb. Dinq Liren və Sergey Karyakin 2 xalla 2-3-cü, Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 1,5 xalla 4-6-cı yerləri bölüşdürür. 1 xalı olan Alekandr Qrişuk, Aniş Giri, Şəhriyar Məmmədyarov və David Navara isə 6-10-cu yerdədirlər.BAKU.WS
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov dünya çempionatında gümüş medal qazanıb
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb."Report"un məlum...
