SİZİN REKLAM BURADA!
055 213 76 73



Futbol üzrə İsrail çempionatında qeyri-adi hadisə baş verib. 


BAKU.WS xəbər verir ki, "Makkabi Petax Tikva" komandasının futbolçusu Həbib Həbibu X turda səfərdə "Makkabi Netanya" komandası ilə matçda qeyri-adi qolun müəllifi olub.

31 yaşlı hücumçu zədələnən komanda yoldaşına köməklik göstərib və oyunun dayandırılmasını tələb edib. Daha sonra komandasının hücum etdiyini görən Həbibu komanda yoldaşının yanından ayrılıb və hücumu məhsuldar sonluqla başa vurub.  

Sözügedən kadrlar sosial şəbəkələrdə yayılıb. 

Qeyd edək ki, matç "Makkabi Petax Tikva"nın qələbəsi ilə yekunlaşıb - 1:0. 

BAKU.WS