DÇ-2018: Braziliya 1/4 finala vəsiqə qazanıb

DÇ-2018: Braziliya 1/4 finala vəsiqə qazanıb
İdman 922
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir görüşü keçirilib. "Samara Arena"da baş tutan matçda Braziliya və Meksika komandaları üz-üzə gəliblər. Qarşılaşma Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə ilk qolu Neymar vurub. 26 yaşlı hücumçu 51-ci dəqiqədə fərqlənib. Roberto Firmino isə 88-ci dəqiqədə fərqi iki topa çatdırıb. Qeyd edək ki, Braziliya yığması 1/4 finaldakı Belçika - Yaponiya cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da keçiriləcək.DÇ-2018, 1/8 final, 2 iyul18:00. Braziliya - Meksika - 2:0 Qol: Neymar, 51. Roberto Firmino, 88Hakimlər: Canluka Rokki, Elenito Di Liberatore, Mauro Tonolini (hamısı İspaniya), Antonio Migel Mateu Laos, Pau Sebrian Devis (hər ikisi İspaniya)Samara, "Samara Arena"BAKU.WS

Oxşar xəbərlər

DÇ-2018: Fransa millisi 1/8 finalda

DÇ-2018: Fransa millisi 1/8 finalda

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının C qrupunda ikinci turun oyunlarına yekun vurulub.BAKU.WS-in məlumatına görə, "Yekaterinburq Arena"da Fransa m...

1106 İdman 22:15 21 iyun 2018

Son xəbərlər