DÇ-2018: Fransa millisi 1/8 finalda

DÇ-2018: Fransa millisi 1/8 finalda
İdman 1115
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının C qrupunda ikinci turun oyunlarına yekun vurulub.BAKU.WS-in məlumatına görə, "Yekaterinburq Arena"da Fransa millisi Peru ilə üz-üzə gəlib. Qarşılaşma fransızların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 34-cü dəqiqədə Kilian Mbappe vurub. Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran komanda 1/8 final mərhələsinə vəsiqəni təmin edib. 2 oyuna xal toplaya bilməyən Peru yığması isə qrupda qalıb.DÇ-201821 iyunII turC qrupu19:00. Fransa - Peru 1:0 Qol: Kilian Mbappe, 34Hakimlər: Məhəmməd Abdulla Məhəmməd, Məhəmməd əl-Həmmədi, Həsən əl-Məhri (BƏƏ), Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola)Yekaterinburq, "Yekaterinburq Arena"Qeyd edək ki, daha əvvəl Rusiya və Uruqvay komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DÇ-2018: Rusiya və Uruqvay 1/8 finalda

DÇ-2018: Rusiya və Uruqvay 1/8 finalda

Rusiyada keçirilən DÇ-2018 davam edir.A qrupunda II Uruqvay ilə Səudiyyə Ərəbistanı üz-üzə gəlib.Görüş Uruqvayın minimal hesablı qələbəsi ilə başa çatıb.Bu qələ...

1102 İdman 21:11 20 iyun 2018

Son xəbərlər