DÇ-2018: Fransadan ilk qələbə
16
iyn
2018
17:04
Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.Çempionatın üçüncü günündə C qrupunda yer alan Fransa yığması ilə Avstraliya yığması ilə Kazanda görüşüb.Görüş Fransanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Antuan Qrizmann və Pol Poqba avstriyalıların qapısına iki dəfə yol tapıb. Mile Yedinak fransızların qapısını nişan almaqla rəqib yığmanın heyətində fərqlənib.Saat 17:00-da D qrupu üzrə Argentina - İslandiya, saat 20:00-da C qrupu üzrə Peru - Danimarka, saat 22:00-da isə D qrupu üzrə Xorvatiya - Nigeriya arasında oyunlar keçiriləcək.Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.BAKU.WS
Oxşar xəbərlər
DÇ-2018:Uruqvay Misiri məğlub etdi
Rusiyada futbol üzrə dünya çempionatı davam edir.BAKU.WS-in məlumatına görə, çempionatın ikinci günündə A qrupunda yer alan Misir yığması ilə Uruqvay yığması üz...