38 yaşlı Manuel Noyer "Bayern"də qalıb-qalmayacağını açıqlayıb
"Bayern"in qapıçısı 38 yaşlı qolkiperi Manuel Noyer Münhen komandası ilə imzalaya biləcəyi yeni müqavilə ilə bağlı vəziyyəti şərh edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
"Düşünürəm ki, əməkdaşlıq davam edərsə, hər iki tərəf xoşbəxt olacaq. Ancaq tələsmək lazım deyil, bu, dəqiqdir. Əvvəlcə mən sağalıb qabırğa problemini həll etməliyəm", - deyə Noyer bildirib.
Xatırladaq ki, Noyer 2011-ci ildən "Bayern"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 540 qarşılaşmada iştirak edib, bunun 256-da qapını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Daha əvvəl bildirilmişdi ki, Noyer zədədən sonra 2025-ci ilin yanvarında meydana qayıda bilər.
Oxşar xəbərlər
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
Türkiyənin "Fənərbağça" klubu 17 illik fasilədən sonra UEFA Çempionlar Liqasının əsas mərhələsinə qayıtmağa bacarıb. BAKU.WS-in məlumatına görə, 2026/27 mövsümü...