SİZİN REKLAM BURADA!
055 213 76 73



Beşqat dünya və 13 dəfə Avropa çempionu olan idmançımız Rafael Ağayev İtalyada uşaqlara karate seminarı keçib.

BAKU.WS-ə açıqlama verən idmançı Sappadada 14 avqust tarixindən seminarın başladığını bildirib. Rafael Ağayev seminarın 19 avqust tarixinə kimi davam edəcəyini söyləyib. 6 gün davam edəcək seminarda 100-dən çox həvəskar idmançılar iştirak edəcək.

"Karatenin Maradonası" Rafael Ağayev döyüş sənətinin sirrlərini uşaqlara öyrədib. Videodan da göründüyü kimi yüzlərlə gənc idmançı həmyerlimizin diktəsi ilə məşqlər edir.

Həmyerlimizin dünyanın bir çox ölkəsindən olan uşaqlara dərs keçməsi azərbaycanlılar üçün çox qürurverici haldır.

Şahin Həbibov
BAKU.WS