ESPN telekanalının jurlanisti Gilyerme Aranqo özünün "Twitter” mikrobloqunda dünyanın hazırkı ana ən bahalı futbolçusu – braziliyalı Neymarın "Barselona”dan "PSG”yə keçidi üçün ödənilmiş çekin fotoşəklini paylaşıb.

BAKU.WS virtualaz-a istinadən xəbər verir ki, "Societe Generale” İsveçrə bankına məxsus çekdə 222 milyon avro məbləği görünür. Fransa klubu kataloniyalılara məhz bu qədər pul ödəyərək, Neymarın transferinə nail olub.

Futbolçunun daha öncə bildirdiyinə görə, onun "PSG”yə keçməsinə səbəb "rədd edilməsi qeyri-mümkün olan” təklif almasıdır.
 
BAKU.WS