"Qarabağ"ın darmadağınla udduğu "Ludoqorets" baş məşqçisini qovdu

Qarabağın darmadağınla udduğu Ludoqorets baş məşqçisini qovdu
İdman 159

Bolqarıstanın "Ludoqorets" klubu baş məşqçisi Georgi Dermenciyev ilə yollarını ayırıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ"a 2:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Onun yerinə müvəqqəti də olsa Zahari Sirakov təyin edilib.

Qeyd edək ki, daha əvvəl bir neçə dəfə "Ludoqorets"də işləyən Dermenciyev 2023-cü ildə kluba qayıdıb. Bakıdakı ilk görüşdə Bolqarıstan çempionu qələbə qazansa da (2:1) cavab görüşündə "köhlən atlar" rəqibi darmadağınla (2-7) liqadan kənarlaşdırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər