UEFA Çempionlar Liqası: "Qarabağ"ın hücumçusu bombardirlər siyahısına başçılıq edir
14
avq
2024
13:01
Çempionlar Liqasının ilk üç təsnifat mərhələsinin ən yaxşı bombardirləri açıqlanıb "Qarabağ"ın hücumçusu Olavio Juninyo siyahıya başçılıq edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın braziliyalı hücumçusu 6 qola imza atıb. O bunu 4 oyunda gerçəkləşdirib.
Cənubi amerikalı cari mövsüm avrokubok matçlarını qolsuz tərk etmir. Juninyo "Linkoln"a (2:0, 5:0) əvvəl bir, sonra üç, "Ludoqorets"ə (1:2, 7:2) hər iki görüşdə bir top vurub.
Qeyd edək ki, bombardirlər cədvəlində ikinci olan "Klaksvik"in futbolçusu Arni Frederiksberq 5 dəfə fərqlənib.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ" "Ludoqorets"ə 7 qol vuraraq pley-off-a vəsiqə qazandı
***"Qarabağ" "Ludaqorets"i 7:2 hesabə ilə məğlub edərək pley-off-a çıxıb. UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqor...