Azərbaycan Premyer Liqası: "Qarabağ" qələbə qazanıb
09
avq
2024
22:10
Azərbaycan Premyer Liqasında II tura start verilib.
“Report”un məlumatına görə, turun ilk oyun günündə “Qarabağ” klubu “Azərsun Arena”da Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Riçard Almeyda (48), Abdullah Zubir (72) və Olavio Juninyo (84) rəqib qapısından keçirib.
“Kəpəz”in futbolçusu Elmir Tağıyev 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, II turun qalan matçları 10-11 avqustda keçiriləcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - YENİLƏNİB-7
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı başa çatıb. Qarşılaşma qona...