Tomas Müller karyerasını nə zaman bitirəcək?
04
avq
2024
19:58
"Bavariya"nın 34 yaşlı hücumameyilli yarımmüdafiəçisi Tomas Müller futbol oynamağa nə qədər davam etmək niyyətində olduğu sualını cavablandırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, futbolçu hələ peşəkar fəaliyyətini davam etdirməyi düşünür.
"Futbol mənim sevgim və həvəsimdir. Buna görə də bacardığım qədər oynamağa davam etməyə çalışacağam", - deyə Müller bildirib.
Xatırladaq ki, cari ildəki son Avropa çempionatından sonra Müller Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.
Oxşar xəbərlər
Tomas Müllerin gələcək karyerası barədə planı
"Bayern"nin hücumçusu Tomas Müller peşəkar futbolçu karyerasını başa vurmağa yaxındır. BAKU.WS-in xəbərinə görə, bu barədə "Kicker" məlumat yayıb. 34 yaşlı alma...