"Qalatasaray" Vendelin transferi ilə bağlı son qərarını verdi

Qalatasaray Vendelin transferi ilə bağlı son qərarını verdi
İdman 69

"Qalatasaray" "Zenit"in 26 yaşlı braziliyalı futbolçusu Vendelin transferi ilə bağlı danışıqları dayandırıb.

BAKU.WS xəbər verir ki, məlumatı məşhur jurnalist Rudi Qaletti X sosial şəbəsindəki hesabında yazıb. İstanbul təmsilçisi son olaraq Vendelllə bağlı qarşı tərəfə təklif etsə də "Zenit" rəhbərliyi futbolçunu ucuz qiymətə satmayacaqlarını bildirib.

Bundan əvvəl yayılan məlumatda isə "Qalatasaray"ın Vendelə görə "Zenit"ə 17 milyon avro təklif etdiyini və tərəflərin razılığa gəlməyə yaxın olduğu deyilirdi.

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm "Zenit"in forması altında 35 oyunda meydana çıxaraq 4 qol və 10 məhsuldar ötürmə ilə fərqlənmişdi. Transfermarktportalı Vendelin dəyərini 20 milyon avro olaraq müəyyənləşdirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər