Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Konfrans Liqasına təyinat alıb

20
iyl
2024
15:01
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Asim Xudiyev, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Sürix” (İsveçrə) – “Şelburn” (İrlandiya) görüşünün hakim-inspektoru olacaq.
Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq qarşılaşma iyulun 25-də keçiriləcək.
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...
