Mikayıl Cabbarov yüksək nəticə əldə etmiş güləşçilərimizi təbrik edib - FOTO
İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Serbiyada keçirilən U-20 Avropa çempionatında yüksək nəticə əldə etmiş gənc idmançıları təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.
"Serbiyada keçirilən U-20 Avropa çempionatında gənc güləşçilərimiz uğurla çıxış ediblər.
- Sərbəst güləş üzrə millimiz 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olub.
- Yunan-Roma güləşi üzrə millimiz 1 gümüş və 3 bürünc medalla komanda hesabında 3-cü yeri tutub.
- Qadın güləşi üzrə millimiz isə 1 qızıl medal qazanıb.
Avropa çempionatında medal qazanan bütün idmançılarımızı və məşqçilərimizi təbrik edirik. İnanıram ki, bu qələbələr daha böyük nailiyyətlərə yol açacaq", - o qeyd edib.
Xatırladaq ki, Azərbaycan güləşçiləri Avropa çempionatının sonuncu günündə 4 medal qazanıblar.
Oxşar xəbərlər
Azərbaycan Güləş Federasiyasının rəsmisi: Hər iki komandadan gözləntilər böyük idi - MÜSAHİBƏ
Aprelin 5-7-si aralığında Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində Azərbaycanın 5 sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qaz...