Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb
25
iyn
2024
18:24
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya millisinin hücumçusu Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb.
BAKU.WS "Report”a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu həmyerlisi, vaxtilə yığmada və Fransanın PSJ klubunda bir yerdə oynadığı Tyaqu Silvanı fərqləndirib.
39 yaşlı T.Silva hələ də karyerasını davam etdirir. Müdafiəçi mövsümün sonunda İngiltərə təmsilçisi "Çelsi"dən ayrılaraq "Fluminense"yə (Braziliya) keçib. O, Avropada "Milan", PSJ və "Çelsi" klublarının formasını geyinib.
Oxşar xəbərlər
Bernardo Silva Avropa nəhənglərinin hədəfində
"Mançester Siti"nin portuqaliyalı futbolçusu Bernardo Silva mövsümün sonunda komandanı tərk edə bilər. "Barselona" və PSJ Silvanı heyətinə qatmaq istəyir. BAKU....