Bernardo Silva Avropa nəhənglərinin hədəfində
"Mançester Siti"nin portuqaliyalı futbolçusu Bernardo Silva mövsümün sonunda komandanı tərk edə bilər. "Barselona" və PSJ Silvanı heyətinə qatmaq istəyir.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Mundo Deportivo"nun məlumatında deyilir.
Qeyd olunub ki, "Barselona" davam edən iqtisadi problemlər səbəbindən transferdə çətinlik çəkə bilər.
Mövsümün sonunda Kilian Mbappe ilə yollarını ayıracağı gözlənilən PSJ-nin Silvanı da transfer etməyi planlaşdırdığı bildirilib.
Qeyd edək ki, 2017-ci ildən "Mançester Siti"nin şərəfini qoruyan Bernardo Silvanın klubla müqaviləsi 2026-cı ildə başa çatır.
Portuqaliyalı bu mövsüm "Mançester Siti"nin heyətində 43 matçda meydana çıxıb. Silva 11 qol vurub, 6 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Premyer Liqa tarixinin ən yaxşı 33 oyunçusu: Tyeri Anri, Ronaldo, Salah...
"FourFourTwo" jurnalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 33 oyunçusu açıqlanıb BAKU.WS xəbər verir ki, sözügedən oyunçuların siyahısını təqdim edir: 33...