SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq "Qarabağ"ın rəqibləri püşkatma nəticəsində bəlli olacaq.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu bu gün keçiriləcək püşkatmada səpələnmişlər səbətində olacaq. Təmsilçimizin mümkün rəqiblərinin yer aldığı səpələnməmişlər səbətində 11 cüt və birbaşa mübarizəyə başlayacaq 1 klub yer alıb.

Amma "Dinamo" (Minsk) – "Pünik" cütünün qalibi "Qarabağ"a rəqib ola bilməz. Bu səbəbdən Azərbaycan çempionunu 10 cüt və 1 klub, yəni 21 mümkün rəqib gözləyir.

Lakin püşk ərəfəsində UEFA hər səbətdəki 12 variantı qruplara böləcək. Həmin vaxt Qurban Qurbanovun komandasının mümkün rəqiblərinin sayı da azalacaq.

Səpələnməmişlər

PAOK

"Makkabi" (Tel-Əviv)

"Ferentsvaroş"

"Qarabağ"

"Slovan" – "Struqa" cütünün qalibi

"Bodo Qlimt"

"Ludoqorets" – "Dinamo" (Batumi) cütünün qalibi

"Mityulland"

"Sparta"

"Malmö"

APOEL

"Panevejis" – HİK cütünün qalibi

Səpələnməmişlər

TNS ("De Nyu Sayns") – "Deçiç" cütünün qalibi

"Borats" – "Eqnatiya" cütünün qalibi

"Hamrun" – "Linkoln" cütünün qalibi

"Balkani" – "Santa Koloma" cütünün qalibi

"Flora" – "Selye" cütünün qalibi

"Klaksvik" – "Differdanj" cütünün qalibi

RFŞ – "Larne" cütünün qalibi

"Vikinqur" – "Şemrok Rovers" cütünün qalibi

"Virtus" – "Styaua" cütünün qalibi

"Ordabası" – "Petrokub" cütünün qalibi

"Dinamo" (Minsk) – "Pünik" cütünün qalibi

"Yagelloniya"

Qeyd edək ki, ikinci təsnifat mərhələsinin matçları iyulun 23-24-də və 30-31-də keçiriləcək.

BAKU.WS