"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi bəlli olur
Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq "Qarabağ"ın rəqibləri püşkatma nəticəsində bəlli olacaq.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu bu gün keçiriləcək püşkatmada səpələnmişlər səbətində olacaq. Təmsilçimizin mümkün rəqiblərinin yer aldığı səpələnməmişlər səbətində 11 cüt və birbaşa mübarizəyə başlayacaq 1 klub yer alıb.
Amma "Dinamo" (Minsk) – "Pünik" cütünün qalibi "Qarabağ"a rəqib ola bilməz. Bu səbəbdən Azərbaycan çempionunu 10 cüt və 1 klub, yəni 21 mümkün rəqib gözləyir.
Lakin püşk ərəfəsində UEFA hər səbətdəki 12 variantı qruplara böləcək. Həmin vaxt Qurban Qurbanovun komandasının mümkün rəqiblərinin sayı da azalacaq.
Səpələnməmişlər
PAOK
"Makkabi" (Tel-Əviv)
"Ferentsvaroş"
"Qarabağ"
"Slovan" – "Struqa" cütünün qalibi
"Bodo Qlimt"
"Ludoqorets" – "Dinamo" (Batumi) cütünün qalibi
"Mityulland"
"Sparta"
"Malmö"
APOEL
"Panevejis" – HİK cütünün qalibi
Səpələnməmişlər
TNS ("De Nyu Sayns") – "Deçiç" cütünün qalibi
"Borats" – "Eqnatiya" cütünün qalibi
"Hamrun" – "Linkoln" cütünün qalibi
"Balkani" – "Santa Koloma" cütünün qalibi
"Flora" – "Selye" cütünün qalibi
"Klaksvik" – "Differdanj" cütünün qalibi
RFŞ – "Larne" cütünün qalibi
"Vikinqur" – "Şemrok Rovers" cütünün qalibi
"Virtus" – "Styaua" cütünün qalibi
"Ordabası" – "Petrokub" cütünün qalibi
"Dinamo" (Minsk) – "Pünik" cütünün qalibi
"Yagelloniya"
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin matçları iyulun 23-24-də və 30-31-də keçiriləcək.
Oxşar xəbərlər
“Qarabağ” Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq
“Qarabağ” 10-cu dəfə mübarizə aparacağı Çempionlar Liqasında yarışa II təsnifat mərhələsindən başlayacaq. Buna turnirin klub bölgüsündəki yenidən balanslaşma sə...