Xviça Kvaratsxeliya PSJ yolunda
"Napoli"nin vingeri Xviça Kvaratsxeliya İtaliya klubunu tərk edərək PSJ-yə keçə bilər.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Corriere dello Sport" nəşri yazır.
Məlumata görə, Kvaratsxeliya Fransa klubuna keçməyə razılıq verib.
Qeyd olunur ki, İtaliya klubu futbolçunun transferi üçün böyük ehtimalla 100 milyon avrodan çox təzminat tələb edəcək.
Qeyd edək ki, Kvaratsxeliya bu mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalında futbolçunun 80 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
PSJ-dən Kvaratsxeliya üçün 80 milyon avroluq TƏKLİF
"Napoli"nin və Gürcüstan millisinin 23 yaşlı vingeri Xviça Kvaratsxeliya PSJ-yə keçə bilər. BAKU.WS-in xəbərinə görə, bu barədə "La Gazzetta dello Sport" nəşri...