"Barselona" Kvaratsxeliyanı fantastik məbləğə transfer etməyi planlaşdırır
20
fev
2024
09:31
"Barselona" "Napoli"nin vingeri Xviça Kvaratsxeliyanı transfer etmək niyyətindədir.
BAKU.WS-in xəbərinə görə, bu barədə "BarcaTimes" məlumat yayıb.
Klub transferi yay transfer pəncərəsində həyata keçirməyi planlaşdırır.
"Barselona" rəhbərliyi futbolçunu 90-100 milyon avroya transfer etməyi gözləyir.
Qeyd edək ki, bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 31 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı gürcüstanlı hücumçunu 80 milyon avro qiymətləndirir.
Kvaratsxeliyanın neapollularla müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Oxşar xəbərlər
Super Liqa rekord qırıb - FOTO
Trendyol Super Liqa klubları 2023/2024 mövsümünün yay və qış transfer dövrlərində həm xərcləmə, həm də gəlir baxımından rekordlar qırıb. BAKU.WS bu barədə Türk...