Bellinqhem Mbappe ilə bağlı sualı cavablandırdı

Bellinqhem Mbappe ilə bağlı sualı cavablandırdı
İdman 91

"Real Madrid"in yarımmüdafiəçisi Jud Bellinqhem PSJ-nin hücumçusu Kilian Mbappenin Madrid klubuna mümkün transferi ilə bağlı sualı cavablandırıb.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

"Onun kimi yaxşı futbolçunun yanında oynamaq istəməyən futbolçu tanıyırsınız?", - Bellinqhem deyib.

Xatırladaq ki, Mbappe 2018-ci ildən parislilərin şərəfini qoruyurdu. Keçən mövsüm Kilian bütün turnirlərdə 48 matçda iştirak edib, 44 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Forvard PSJ-də çıxış etdiyi müddətdə klub tarixinin bombardiri olub və mövsümlərin nəticələrinə görə dəfələrlə Liqa 1-in ən yaxşı oyunçusu kimi tanınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər