Dembelenin Mbappe ilə bağlı zarafatı səs-küyə səbəb oldu - VİDEO

Dembelenin Mbappe ilə bağlı zarafatı səs-küyə səbəb oldu - VİDEO
Video
İdman 158

Liqa 1-də mövsümün ən yaxşılarının mükafatlandırılması mərasimində çıxış edən PSJ-nin futbolçusu Usman Dembelenin Kilian Mbappenin Səudiyyə Ərəbistanına gedəcəyini söyləməsi böyük səs-küyə səbəb olub.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, müxbirin Mbappenin gedişi ilə bağlı sualına Dembele təbəssümlə və tərəddüd etmədən "Marsel Desayli dedi ki, Mbappe Ərəbistana gedəcək", - cavabını verib.

Bunu eşidən Mbappe gülməyə başlayıb və gülüşü ilə Dembelenin açıqlamasını təkzib edib. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub və çoxlu şərhlər edilib.

Hansı komandaya gedəcəyini hələ açıqlamayan Mbappenin bu susqunluğuna görə spekulyasiyalar davam edir.

Lakin fransalı futbolçunun artıq İspaniya nəhəngi "Real Madrid"lə razılığa gəldiyi deyilir.

İddialara görə, "kral klubu"nun prezidenti Florentino Peres Karlo Ançelottinin məşqçilər korpusuna Mbappenin "Real" yeni oyunçusu olacağı barədə məlumat verib.

Qeyd edək ki, Kilian 2018-ci ildən Paris təmsilçisində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 306 matçda iştirak edib, 255 qol vurub, 108 məhsuldar ötürmə edib.

Son xəbərlər