Arda Gülər ÇL finalında oynayacaq? - Ançelotti açıqladı
27
may
2024
13:55
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında Dortmund "Borussiya"sı ilə matçdan əvvəl təşkil olunan mətbuat konfransında Arda Gülər ilə bağlı sualı cavablandırıb.
BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.
Mütəxəssis "Arda Güləri Çempionlar Liqasının finalında oynatmağı düşünürsünüzmü?" sualına belə cavab verib:
"Arda Gülər öz keyfiyyətini və istedadını hər kəsə göstərdi. Çempionlar Liqasının finalında bizim üçün çox faydalı olacaq".
Xatırladaq ki, Çempionlar Liqasının finalı iyunun 1-i olacaq.
Oxşar xəbərlər
Çempionlar Liqası finalından əvvəl Arda Gülər sürprizi
"Real Madrid"in türkiyəli ulduzu Arda Gülər Çempionlar Liqasının finalında meydana çıxa bilər. BAKU.WS-in "NTV Spor"a istinadən xəbərinə görə, "Real Madrid"in f...