Çempionlar Liqası finalından əvvəl Arda Gülər sürprizi

"Real Madrid"in türkiyəli ulduzu Arda Gülər Çempionlar Liqasının finalında meydana çıxa bilər.
BAKU.WS-in "NTV Spor"a istinadən xəbərinə görə, "Real Madrid"in fransız yarımmüdafiəçisi Aurelien Tçuameni Çempionlar Liqasının yarımfinalında "Bayern" ilə matçda zədələnib.
Həmin matçdan sonra formasına qayıda bilməyən 24 yaşlı ulduzun final matçına hazırlaşdığı, lakin Dortmundla matçı buraxma ehtimalının yüksək olduğu deyilir.
Arda Gülərin heyətdə olacağı dəqiq olsa da, Tçuameninin zədələnməsi səbəbindən ilk 11-də oynamaq şansına malikdir.
"Real" Madridin baş məşqçisi Karlo Ançelotti son açıqlamasında "Çempionlar Liqasının finalında Arda Gülər, Brahim Diaz və Xoseluya güvənirəm", - deyə bildirib.
Qeyd edək ki, Arda "Real Madrid" forması ilə La Liqada 6 qol vurub.
Arda Gülər Real Madrid karyerasında 7 qolu olan Eden Hazardı geridə qoya bilər. Gülər daha 2 qol vursa, Hazardı keçəcək.
Oxşar xəbərlər
"Real"ın yarımmüdafiəçisi ÇL-nin finalını buraxa bilər
"Real Madrid"in yarımmüdafiəçisi Orelyen Tçuameni UEFA Çempionlar Liqasının yarımfinalında "Bayern" ilə cavab oyunundan (2:1) sonra sol ayağından zədə alıb. BA...
