Arda Gülər ÇL finalında oynayacaq? - Ançelotti açıqladı

Arda Gülər ÇL finalında oynayacaq? - Ançelotti açıqladı
İdman 92

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında Dortmund "Borussiya"sı ilə matçdan əvvəl təşkil olunan mətbuat konfransında Arda Gülər ​​ilə bağlı sualı cavablandırıb.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

Mütəxəssis "Arda Güləri Çempionlar Liqasının finalında oynatmağı düşünürsünüzmü?" sualına belə cavab verib:

"Arda Gülər ​​öz keyfiyyətini və istedadını hər kəsə göstərdi. Çempionlar Liqasının finalında bizim üçün çox faydalı olacaq".

Xatırladaq ki, Çempionlar Liqasının finalı iyunun 1-i olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər