SİZİN REKLAM BURADA!
055 213 76 73


Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik "Bayern"nin təklifini rədd edib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, mövsümün sonunda Tomas Tuxellə yollarını ayıracaq "Bayern" məşqçi axtarışları çərçivəsində Ralf Ranqnik keçirdiyi görüşlərdən müsbət nəticə ala bilməyib.

Mütəxəssis millidən ayrılmayacağını bildirib:

"Mən bütün qəlbimlə Avstriya milli komandasının rəhbəriyəm. Mən bundan çox zövq alıram və seçdiyimiz yolda uğurla davam etmək əzmindəyəm. Bu "Bayern"dən imtina deyil, komandam və ümumi məqsədlərimiz üçün verilən qərar olduğunu vurğulamaq istəyirəm. Bütün konsentrasiyamız Avropa çempionatındadır. Mümkün qədər irəli getmək üçün əlimizdən gələni edəcəyik".

Digər tərəfdən Almaniya təmsilçisinin prezidenti Herbert Hayner dünən verdiyi açıqlamada təcrübəli çalışdırıcının transferi ilə bağlı müsbət fikirlər səsləndirmişdi.

Qeyd edək ki, 65 yaşlı məşqçinin Avstriya millisi ilə ilə 2026-cı ilin iyul ayına qədər müqaviləsi var.

BAKU.WS