"Bayern"də Tomas Tuxelin postuna əsas namizədlər açıqlandı
02
apr
2024
12:17
"Bayern" (Münhen) klubunun baş məşqçisi Tomas Tuxelin yerinə əsas namizədlər məlum olub.
BAKU.WS-in xəbərinə görə, bu barədə "The Times" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Münhen təmsilçisinin rəhbərliyi üç namizəd barədə düşünür.
Onlar "Brayton"un baş məşqçisi Roberto De Zerbi, Almaniyanın baş məşqçisi Yulian Nagelsman və Avstriya millisinin baş məşqçisi Ralf Ranqnikdir.
Eyni zamanda, Xabi Alonsonun "Bayer"də qalmaq qərarından sonra De Zerbi əsas namizəd adlandırılır.
Xatırladaq ki, Tomas Tuxel bu mövsümün sonunda "Bayern"dən ayrılacaq.
Oxşar xəbərlər
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
"Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso Leverkuzen komandasının baş məşqçisi postunda qala bilər. BAKU.WS-in xəbərinə görə, bu barədə insayder Fabritsio Ro...