SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid" Tibo Kurtuanı əvəz edə biləcək qapıçı axtarır.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Andrey Luninin müqaviləsi ilə bağlı vəziyyəti nəzərə alan Madrid klubu diqqətini "Trabzonspor"un qapıçısı Onuralp Çevikkana yönəldib.

Bu mövsüm "Real Madrid"də qapıçı mövqeyini Andrey Lunin və Kepa Arrizabalaqa bölüşür, Tibo Kurtua isə zədə səbəbindən oynamır.

Qeyd olunur ki, Kurtuanın yaşını (31) nəzərə alan ispan nəhəngləri kluba uzunmüddətli əvəzləyici axtarır.

Lunin 2025-ci ilin yayında başa çatan və hələ də uzadılmayan müqaviləsi ilə bağlı vəziyyət ukraynalının şanslarını çətinləşdirir.

Eyni zamanda, Kepanın klubda qalmaq imkanı yoxdur və yayda o, 2023-cü ilin avqustunda icarəyə götürüldüyü "Çelsi"yə qayıdacaq.

"Real Madrid" diqqətini "Trabzonspor"un 18 yaşlı qapıçısı Çevikkana yönəldib.

Qeyd olunur ki, Madrid onu transfer etmək üçün ən yaxşı vəziyyətdədir və bu, heyətin gəncləşməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir.

BAKU.WS