Avropa çempionatında tarixi medal qazanan Azərbaycan gimnastı Vətənə dönüb - FOTO
30
apr
2024
08:45
İtaliyanın Rimini şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanan Azərbaycan gimnastı Nikita Simonov Vətənə dönüb.
AZƏRTAC xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər, KİV nümayəndələri və yaxınları qarşılayıblar.
O, çempionatda halqalarla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da N. Simonov Azərbaycanın kişi idman gimnastikası tarixində Avropa çempionatında əldə edilmiş ilk medalın sahibi olub.
Oxşar xəbərlər
Avropa çempionatında qızıl medal qazanan gimnastlarımız Vətənə dönüblər - FOTO
Portuqaliyanın Qimarayeş şəhərində keçirilən batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan yığmasının...