Azərbaycan gimnastları finala vəsiqə qazanıblar
21
apr
2024
16:20
Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” beynəlxalq turnirində iştirak edən bədii gimnastika üzrə Azərbaycan millisinin 3 üzvü fərdi çıxışda final mərhəlisinə vəsiqə qazanıb.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.
Sofiya Məmmədova top və halqa, Şəms Müvəffəqi lentlə, Dəniz Abdulzadə isə gürzlərlə hərəkətlərin icrasında həlledici mərhələyə adını yazdırıb.
Qeyd edək ki, yarış aprelin 19-21-i aralığında keçirilir.
Oxşar xəbərlər
Azərbaycan gimnastları beynəlxalq turnirdə gümüş və bürünc medal qazanıblar
Azərbaycanın bədii gimnastı Sofiya Məmmədova Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü "İrina Deleanu Cup"da iki medal qazanıb. BAKU.WS xəbər verir ki, idm...