"Qarabağ"ın məğlubedilməz rəqibi - "Köhnə tanış" "Bayer 04"

Qarabağın məğlubedilməz rəqibi - Köhnə tanış Bayer 04
İdman 315

"Qarabağ"ın UEFA Avropa Liqasının 1\8 final mərhələsində rəqibi olan Almaniyanın Bundesliqasının lideri "Bayer 04" klubudur.

BAKU.WS xəbər verir ki, klubun heyətinin “transfermarkt” portalındakı ümumi dəyəri 566.55 milyon avrodur.

"Bayer Leverkuzen" 1904-cü ildə qurulub. Hazırkı baş direktoru Fernando Karro, baş məşqçisi tanınmış sabiq futbolçu Xabi Alonsodur.

Klubun ən qiymətli oyunçusu 100 milyon avro dəyəri olan 10 nömrə, Almaniya milli komandasında hücumameyilli yarımmüdafiəçi və ya sol cinah oyunçusu kimi çıxış edən alman peşəkar futbolçusu Florian Wirtzdir.

Kapitan Lukaş Qradetski Finlandiya yığmasının əsas qapıçısıdır. Xorvatiyalı Yosip Stanilits, ekvadorlu Pyero İnkape, almaniyalı Yonas Hofmann, çexiyalı Parik Şik və Adam Qlojek, niderlandlı Ceremi Frimponq, isveçrəli Qranit Caka ölkələrinin milli komandalarında çıxış edirlər.

Klub Bundesliqa, Almaniya kuboku və Avropa Liqasında şempionluq uğrunda mübarizə aparır. Klubun bu mövsüm bütün turnirlər daxil olmaqla 32 oyuna 28 qələbə, 4 bərabərliyi var. Alman təmsilçiləri mövsüm ərzində heç bir oyunda meydanı məğlub tərk etməyib. Hazırda Almaniya Bundesliqasında 58 xalla lierdir. "Qarabağ" "Bayer"ə qarşı ilk oyunu martın 7-də Bakıda, cavab matçını isə martın 14-də Leverkuzendə keçirəcək.

Son xəbərlər