SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin mövsümün sonunda klubun məşqçilər korpusuna qoşulmaq təklifinə cavab verib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "AS" nəşri yazır.

Modriç Ançelottinin köməkçisi olmaqdan imtina etsə də, təklifə görə məşqçiyə təşəkkür edib.

Xatırladaq ki, daha əvvəl mətbuatda Modriçin "Real"dakı oyun müddətindən narazı olduğu və Madrid klubundan ayrılma variantlarını nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.

Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir. Madrid klubu ilə xorvatiyalı 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olmaqla 24 kubok qazanıb.

BAKU.WS