“Qarabağ”ın futbolçusu Avropa Liqasında həftənin oyunçusu seçilib
16
fev
2024
18:50
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
"Report" xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun nəticələrinə görə, bu ada “Qarabağ”ın futbolçusu Abdullah Zubir layiq görülüb.
O, səsvermədə Mauro İkardi (“Qalatasaray”), Ruben Loftus-Çik (“Milan”) və Anxel Di Mariyanı (“Benfika”) qabaqlayıb.
Xatırladaq ki, Abdullah Zubir “Qarabağ”ın Portuqaliyada “Braqa”nı 4:2 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
"Qarabağ" Portuqaliyada "Braqa"ya futbol dərsi keçib - 4:2 - YENİLƏNİB/VİDEO
Matç 4:2 hesabı ilə "Qarabağ"ın qələbəsi ilə yekunlaşır. ***01.50 Oyunun 90-cı dəqiqəsində Moutinyo penalti zərbəsi ilə "Braqa"nın ikinci qolu vurur. ***01.27...