"Qarabağ" Portuqaliyada "Braqa"ya futbol dərsi keçib - 4:2 - YENİLƏNİB/VİDEO

Qarabağ Portuqaliyada Braqaya futbol dərsi keçib - 4:2 - YENİLƏNİB/VİDEO
İdman 3

Matç 4:2 hesabı ilə "Qarabağ"ın qələbəsi ilə yekunlaşır.

***01.50

Oyunun 90-cı dəqiqəsində Moutinyo penalti zərbəsi ilə "Braqa"nın ikinci qolu vurur.

***01.27

Zubir "Qarabağ"ın 4-cü qolunu vurur.

***

Matçın 65-ci dəqiqəsində Juninyo komandasının 3-cü qolunu vurur.

***01.15

"Qarabağ" səfərdə Zubirin qolu ilə hesabda yenidən irəli çıxıb.

***00.47

Matçın 44-cü dəqiqəsində hesab bərabərləşib.

***00.22

"Qarabağ" Yankoviçlə 21-cidəqiqədə hesabı açıb.

***00.02

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

Görüşü Danimarkadan olan Morten Kroq idarə edir.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

***23:02

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Braqa" və "Qarabağ"ın start heyətləri bəlli olub.

Komandalar meydan aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo

Baş məşqçi: Artur Jorje

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər