SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət öncə adı “Real Madrid”lə hallanan “Qalatasaray”ın ulduzu Mauro İkardi yenidən İtaliyaya qayıda bilər.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat İtaliya mətbuatında yer alıb.

Qeyd olunub ki, argentinalı ulduz  ailəsi uzun illər yaşadıqları İtaliyaya dönmək istəyirlər.

Hücumçunun hədəf komandasının 2013-2019-cu illər arasında çıxış etdiyi "İnter" olduğu bildirilib.

Qış transfer dönəmində Mauro İkardinin bir çox top komandadan təklif aldığı, lakin futbolçunun “Qalatasaray”da qaldığı vurğulanıb.

Bildirilib ki, İkardi "İnter"ə gedəcəyi təqdirdə maaşını 10 milyon avrodan 5 milyon avroya endirməyə hazırdır.

BAKU.WS