İkardidən “Qalatasaray” azarkeşlərinə PİS XƏBƏR - Bu kluba gedə bilər
Bir müddət öncə adı “Real Madrid”lə hallanan “Qalatasaray”ın ulduzu Mauro İkardi yenidən İtaliyaya qayıda bilər.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat İtaliya mətbuatında yer alıb.
Qeyd olunub ki, argentinalı ulduz ailəsi uzun illər yaşadıqları İtaliyaya dönmək istəyirlər.
Hücumçunun hədəf komandasının 2013-2019-cu illər arasında çıxış etdiyi "İnter" olduğu bildirilib.
Qış transfer dönəmində Mauro İkardinin bir çox top komandadan təklif aldığı, lakin futbolçunun “Qalatasaray”da qaldığı vurğulanıb.
Bildirilib ki, İkardi "İnter"ə gedəcəyi təqdirdə maaşını 10 milyon avrodan 5 milyon avroya endirməyə hazırdır.
Oxşar xəbərlər
39-u tamamlayan Ronaldo - FOTO
Bu gün portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun 39 yaşı tamam olur. BAKU.WS ulduz futbolçu haqqında məlumatları təqdim edir: Kristiano Ronaldo dos Sant...