SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in prezidenti Florentino Peres jurnalistin PSJ hücumçusu Kilian Mbappenin kluba mümkün transferi ilə bağlı sualını cavablandırıb.

BAKU.WS xarici mətbuata xəbər verir ki, Peres klub işçilərinin müşayiəti ilə ofisə gedərkən jurnalist onunla qarşılaşıb.

Jurnalist prezidentdən "Real Madrid"in ulduz fransızla həqiqətən müqavilə imzalayıb-imzalamadığını soruşub.

Florentino "Orijinal" -, deyə cavab verib.

Xatırladaq ki, daha əvvəl bir sıra mənbələr Kilian Mbappenin Madrid klubu ilə müqaviləni razılaşdırdığını və çox yaxın vaxtlarda yüksək səviyyəli müqavilənin elan olunmalı olduğunu bildirsələr də, hələlik transferlə bağlı heç bir açıqlama verilməyib.

Mənbələrin məlumatına görə, Mbappe bu mövsümün sonunda azad agent kimi "Real Madrid"ə keçəcək.

BAKU.WS