"Qalatasaray" "Mançester Siti"nin oyunçusuna elçi düşdü
"Qalatasaray" komandadan ayrılan Anxelinonun yerinə axtardığı oyunçunu İngiltərədə tapıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, siyahıya "Mançester Siti"nin futbolçusu Serxio Qomes də əlavə edilib.
"Qalatasaray" rəhbərliyi baş məşqçi Okan Burukun hesabatı əsasında İngiltərə təmsilçisinin 23 yaşlı sol cinah müdafiəçisi Serxio Qomezi heyətinə qatmaq istəyir.
Rəhbərliyin daha əvvəl maraqlandığı ispan sol cinah müdafiəçisi "Mançester"də kifayət qədər oyun imkanları tapa bilmir.
Qeyd edək ki, bu mövsüm komandası ilə bütün yarışlarda 10 matçda cəmi 361 dəqiqə forma geyən 23 yaşlı futbolçu 1 məhsuldar ötürmə edib.
Qomezin "Siti" ilə 4 illik müqaviləsi var.
Həmçinin Serxio İspaniya U21 Milli Komandası ilə 19 oyunda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
İtaliya mətbuatında "Qalatasaray"ı sevindirəcək xəbər
"Qalatasaray"da sol cinah müdafiəçisi üçün artıq işlərə başlanılıb. İtaliya mətbuatında "sarı-qırmızılılar"ı sevindirəcək xəbərlər yayılıb. BAKU.WS-in xəbərinə...