Azərbaycan tarixində ilk dəfə cüdo hakimi Avropa çempionatı üçün seçilib
01
fev
2024
23:36
Azərbaycan tarixində ilk dəfə cüdo hakimi Avropa çempionatında hakimlik edəcək.
"Report"un məlumatına görə, Nazim Umbayev Avropa Cüdo Hakimlər Komissiyası tərəfindən Xorvatiyanın paytaxtı Zaqrebdə böyüklər arasında təşkil olunacaq qitə birinciliyi üçün seçilib.
A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Beynəlxalq Cüdo Federasiyasının Dünya Cüdo Turu çərçivəsində keçirilən yarışlarda iştirak edən hakimlər siyahısına daxildir.
Qeyd edək ki, Avropa çempionatı 25-28 aprel tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Avropa çempionu oldu - YENİLƏNİB
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Ülvi Qənizadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 72 kq-da çıxış edən...