Azərbaycanın daha bir yunan-Roma güləşçisi Avropa çempionu oldu - YENİLƏNİB

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Avropa çempionu oldu - YENİLƏNİB
İdman 118

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Ülvi Qənizadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

72 kq-da çıxış edən idmançı finalda fransalı İbrahim Qanemi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bu, Azərbaycan yunan-Roma güləşçilərinin Avropa çempionatındakı ikinci qızıl medalı olub.

***20.30

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

67 kq-da çıxış edən idmançı finalda gürcüstanlı Coni Xetsuriani sınağa çəkib.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

***19.59

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

BAKU.WS-in məlumatına görə, 60 kq-da yarışan idmançı ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb.

Rəqibinə 9:5 hesabı ilə qalib gələn Məmmədli Avropa üçüncüsü olub.

Son xəbərlər