SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç 2024-cü ilin yayında Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə klubları cari müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq 38 yaşlı xorvatiyalı yarımmüdafiəçisini dəvət etmək fikrindən əl çəkməyib.

Yeni təklifin dəqiq məbləği açıqlanmayıb.

Xatırladaq ki, 2023-cü ildə Modriçə Səudiyyə Ərəbistanında üç il ərzində 300 milyon avro məbləğində müqavilə təklif olunub.

Qeyd edək ki, xorvatiyalı yarımmüdafiəçi 2012-ci ilin avqustundan Madrid klubunda çıxış edir.

Bu mövsüm o, Kral klubunun heyətində bütün turnirlərdə 22 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı Modriçin cari transfer dəyərini 10 milyon avro olaraq qiymətləndirir.

BAKU.WS