"Atletiko"nun futbolçusunun evi qarət olundu

Atletikonun futbolçusunun evi qarət olundu
İdman 4

"Atletiko"nun argentinalı hücumçusu Anxel Korrea ailəsi ilə birlikdə olduğu evində qarət edilib.

BAKU.WS-in xəbərinə görə, bu barədə COPE nəşri yazır.

Dörd şəxs argentinalı futbolçunun evinə girərək onu silahla hədələyib.

Oğurluq zamanı pul və qızıl-zinət əşyaları götürülüb.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, 28 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 5 qol vurub və 1 qolun ötürməsini verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər