SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün öz meydanında "Konyaspor"u 7-1 hesabı ilə məğlub edən "Fənərbağça" matçın son anlarında əzəli rəqibi "Qalatasaray"a söz atıb.

BAKU.WS xəbər verir ki, oyunun son anlarında hesab tablosunda qısa müddətdə "Konyaspor" əvəzinə “Qalatasaray” loqosu görünüb.

Bu hərəkət, 2002-ci il noyabrın 6-da "Fənərbağça"nın "Qalatasaray"ı 6:0 hesabı ilə məğlub etdiyi matça istinad kimi qəbul edilib.

Sözügedən anlar "Qalatasaray" azarkeşlərinin qəzəbinə səbəb olub.

Qeyd edək ki, hazırda Türkiyə Super Liqasına 50 xalla "Fənərbağça" liderlik edir. Onu 47 xalla "Qalatasaray" izləyir.

BAKU.WS