“Qalatasaray”ın 21 ildən sonra qazandığı tarixi qələbə - VİDEO

“Qalatasaray”ın 21 ildən sonra qazandığı tarixi qələbə - VİDEO
Video
İdman 852

Ötən gün Türkiyə Superliqasının XXIII turunda İstanbul derbisi keçirilib.

BAKU.WS xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda baş tutan görüşdə “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”ı qəbul edib.

Matça qonaq komanda daha yaxşı başlayıb. Bir neçə epizodu dəyərləndirə bilməyən “Qalatasaray”ın 21-ci dəqiqədə qapısına penalti verildi.

Meydan sahiblərinin hücumçusu Maks Kruze hesabı açıb. Qonaqlar bu qola 40-cı dəqiqədə Rayan Donkla cavab verib. Növbəti qol matçın 80-ci dəqiqəsinə təsadüf edib.

Bu dəfə qonaq komanda penalti qazanıb və “Qalatasaray”ın hücumçusu Radmel Falkao komandasını hesabda önə keçirib.

Matçın son dəqiqələrində Henri Onyekuru komandasının üçüncü qolunu vurub. Beləliklə, “Qalatasaray” 21 ildən sonra səfərdə “Fənərbağça”nı 3:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

"Beşiktaş" Avropa Liqasına darmadağınla başlayıb

"Beşiktaş" Avropa Liqasına darmadağınla başlayıb

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə start verilib."Report" xəbər verir ki, artıq 6 qrupda 12 görüş keçirilib. Türkiyə təmsilçilərindən "Beşiktaş" Norv...

1553 İdman 23:54 20 sentyabr 2018

Son xəbərlər