“Qalatasaray” “Fənər”in istədiyi daha bir transferi reallaşdırır? - Azarkeşləri dəli edəcək addım - FOTO
Türkiyənin “Qalatasaray” klubu "Fənərbaxça"nın bir müddətdir maraqlandığı braziliyalı yarımmüdafiəçi Teteni heyətinə cəlb etməyə yaxındır.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, iddiaya görə, oyunçu “CimBom”la danışıqlara getdiyindən “Fənər” masadan çəkilmək qərarına gəlib.
Braziliyalı oyunçunun sosial şəbəkə hesabından etdiyi paylaşım isə "fənər"liləri hiddətinə, "qalatasaray"lıların böyük sevincinə səbəb olub.
Oyunçunun sözügedən postunda “Qalatasaray”ın ulduzu Mauro İkardinin qol sevincini əks etdirən emojilər yer alıb.
Bu da yarımmüdafiəçinin "Qalatasaray"a keçəcəyi iddialarını daha da gücləndirib.
Qalereya
Oxşar xəbərlər
"Qalatasaray" İkardi ilə müqavilə imzaladı
PSJ ilə Mauro İkardinin transferi mövzusunda danışıqlar aparan "Qalatasaray" transferi tamamlayıb. BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Di Marzio bildiri...